|
Səfirlik Yapon dənizində itən gəmidə Azərbaycan vətəndaşının olub-olmamasını araşdırır

Azərbaycanın Yaponiyadakı səfirliyi Yapon dənizində itən gəmidə Azərbaycan vətəndaşının olub-olmamasını araşdırır.

Bu barədə özəl olaraq Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vəziyyətlə bağlı əlavə məlumat veriləcək.

 

Rusiya Fövqəladə Hallar Nazirliyindən isə Trend-ə deyiblər kİ, gəminin göyərtəsində hansı ölkələrin vətəndaşlarının olduğu hələ məlum deyil.

Qeyd edək ki, Yapon dənizində göyərtəsində 21 nəfər olan balıqçı gəmisi itib. Məlumatlı mənbə RİA Novosti-yə bildirib ki, ekipaj üzvlərindən biri azərbaycanlıdır.