|
Özbəkistanda zəlzələ

Özbəkistanın şərqində 4,2 bal gücündə zəlzələ baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

 

Yeraltı təkanların episentri Şorçi şəhərindən 32 km şərqdə, ocağı 2 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.