|
Hərbi Gürcüstan yolu bağlandı

Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu yük avtomobilləri üçün bağlanıb.

 

APA-nın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin  Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.

 

Yolun Moskva vaxtı ilə saat 23:30-dan etibarən bağlandığı bildirilir. Yol qeyri-sabit hava şəraiti ilə əlaqədar qeyri-müəyyən müddətə bağlanıb.