|
Göyərtəsində 21 nəfər olan gəmi yoxa çıxdı

Rusiyanın Primorsk diyarında balıqçı gəmisi yoxa çıxıb.

 

APA-nın məlumatına görə, bu barədə “İnterfaks” agentliyi xəbər verib.

 

İlkin məlumata əsasən, gəmidə 21 heyət üzvü olub.

 

Gəminin axtarışına sahil mühafizəsinin gəmiləri cəlb edilib.