|
ABŞ-da məktəbdə atışma olub:

ABŞ-ın Kentukki ştatında ali məktəbdə atışma olub.

Trend-in məlumatına görə, bu barədə yerli polisin "Twitter" səhifəsində bildirilir.

 

Məlumatda deyilir: "İki tələbə həlak olub. Biri qadın, biri kişi. Atəş açan şəxs tələbə olub. 15 yaşlı tələbə polislər tərəfindən saxlanılıb".

Polisin məlumatına görə, atışma nəticəsində daha 19 nəfər yaralanıb.