|
Əfqanıstan: "Save the Children" təşkilatının ofisinə hücum olub

Əfqanıstanda "Uşaqları Müdafiə" Beynəlxalq Yardım Agentliyinin ofisinə olan hücumda ən az 11 nəfər yaralanıb.

Jalalabad rəsmilərinin BBC-yə bildirdiyinə görə, partlayış təşkilatın ofisindən kənarda baş verib.

Yerli medianın yaydığı xəbərdə deyilir ki, atəş səsləri eşidildikdən sonra yaxınlıqda olan məktəb şagirdlərinin həmin ərazidən qaçdığı bildirilir.

Hücumu kimin təşkil etdiyi hələlik məlum olmasa da Jalalabad tez-tez Taliban tərəfindən hədəfə alınır.

Hadisə Taliban silahlısının Kabul-da dəbdəbəli oteldə əksəriyyəti xarici olan azı 22 nəfəri öldürməsindən bir gün sonra baş verib.

Yerli hökümətin sözcüsü Ataullah Khogyani-nin sözlərinə görə, çərşənbə günü yerli vaxtla 09:10-da intiharçı-bombaçı partlayıcı yüklü maşını "Save the Children" təşkilatının girişində partladıb.

"Bir qrup silahlı adam daha sonra içəri girib. Ən azı 11 yaralı xəstəxanaya gətirilib" o, AFP xəbər agentliyinə deyib.

Hökümət nümayəndəsinin sözlərinə görə, hücumçular və təhlükəsizlik qüvvələri arasında atışma hələ də davam edir (BBC).

http://www.bbc.com/azeri/international-42800414