|
Robinyo “Sivasspor”la müqavilə bağladı

Türkiyənin "Sivasspor” klubu Braziliya millisinin sabiq üzvü Robinyo ilə  müqavilə imzalayıb.
Müqavilə müddəti 1.5 illik nəzərdə tutulub. O, yeni klubunda 70 nömrəli formada çıxış edəcək.

Türkiyə mətbuatı Robinyonun Sivas təmsilçisində 2 milyon avro qazanacağını yazıb. 

Qeyd edək ki, son olaraq vətənində “Atletiko Mineiro”da oynayan Robinyo Avropada “Real”, “Mançester Siti”  və “Milan” kimi klublarda çıxış edib.