|
Millimiz İranla heç-heçə etdi

Avro-2018-in final mərhələsində hazırlaşan futzal üzrə Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.

Qol.az-ın məlumatına görə, Joze Alesionun komandası İran yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında keçiriləcək matç 3:3 hesablı bərabərliklə başa çatıb. Millimizin heyətində Vassura dubl edib. Digər qolu isə İsa Atayev vurub.

Qeyd edək ki, yığmalar arasında ikinci oyun sabah keçiriləcək.