“Çelsi” “Roma”nın 2 futbolçusunu transfer etmək istəyir.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, London klubu Edin Dzeko və Emerson dos Santosun keçidində maraqlıdır.
Bu gün klublar arasında danışıqların ilkin mərhələsi olub. Yekunda tərəflər razılığa gəliblər. 2 futbolçu üçün “Çelsi” 50 milyon avro ödəyəcək. Daha 10 milyon isə bonus şəklində “Roma”ya çatacaq.
Emerson artıq “Çelsi” ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. Dzekonun meneceri isə artıq Londona yollanıb.
