Azərbaycanda bütün əsas azadlıqlar, o cümlədən mətbuat azadlığı tam təmin olunur.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasda deyib.
Dövlətimizin başçısı qeyd edib: "Düşünürəm ki, bununla bağlı tənqidin heç bir əsası yoxdur, çünki diqqət yetirsəniz, Azərbaycanda bütün əsas azadlıqlar, o cümlədən mətbuat azadlığı tam təmin olunur və Azərbaycan əhalisinin 80 faizi internetdən istifadə edir".
İlham Əliyev əlavə edib ki, heç bir senzura olmadan internetdən istifadə sərbəstdirsə və əhalinin böyük əksəriyyəti internetdən istifadə edirsə, mətbuatın məhdudlaşdırılmasından söhbət gedə bilməz: "Hesab edirəm ki, bu, siyasi səbəblərə əsaslanır. Bunun reallıqla heç bir əlaqəsi yoxdur".
