|
ABŞ Türkiyə ilə birgə Suriyada “təhlükəsizlik zonası” yaratmaq niyyətindədir

ABŞ dövlət katibi Reks Tillerson ölkəsinin Suriyanın şimal-qərbində “təhlükəsizlik zonası”nın yaradılması məqsədi ilə Türkiyə ilə birgə fəaliyyətin həyata keçirilməsinə ümidvar olduğunu bildirib.

Trend-in məlumatına görə, Tillerson hal-hazırda bu cür əməkdaşlığın mümkünlüyünün araşdırıldığını bildirib.

 

“Biz Türkiyə tərəfi və bir sıra başqa qüvvələrlə vəziyyətin sabitləşdirilməsi mövzusunda danışıqlar aparırıq”,- deyə Dövlət Departamentinin rəhbəri bildirib.