|
İlham Əliyev Tacikistana getdi

Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tacikistan Respublikasına rəsmi səfər edib.

CİA.Az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycanın və Tacikistanın dövlət bayraqlarının dalğalandığı Düşənbə Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Tacikistanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb.