|
Bu rayonda iki gün qaz olmayacaq

Göyçay rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, 22.09.2014-cü il tarixdən 24.09.2014-cü il tarixədək Göyçay rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.

Fasilələrin yaranması “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin yeni çəkimiş hissəsinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır.