|
Milli Kitabxanada “Teymur Bünyadov-90" adlı kitab sərgisi açılıb

Yanvarın 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli tarixçi-etnoqraf alim, Əməkdar Elm Xadimi, “Şərəf” ordenli akademik Teymur Bünyadovun anadan olmasının 90 illiyi münasibətilə "Teymur Bünyadov-90" adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə akademikin Azərbaycan və rus dillərində çap olunan əsərləri, elmi redaktoru olduğu, “Ön söz” yazdığı, rəy verdiyi kitablar, alim haqqında yazılmış əsərlər və dövri mətbuat materialları yer alıb.