|
Vəzifəsindən azad olunan təhsil nazirinin müavininə Vergilər Nazirliyində yüksək vəzifə verildi
Mətin Eynullayev Vergilər Nazirliyində yüksək vəzifəyə təyin edilib.

Təhsil nazirinin müavini Mətin Eynullayev vəzifəsindən azad edilib.

Cia.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

M. Eynullayev Vergilər Nazirliyində yüksək vəzifəyə təyin edilib.

 

Vəzifəsinin icrasına başlayan M. Eynullayev yanvarın 19-da Vergilər Nazirliyində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.