|
Ötən il Azərbaycandan külli miqdarda xarici valyuta çıxarılmasının qarşısı alınıb

Ötən il Azərbaycanın gömrük orqanları üçün qaçaqmalçılıqla mübarizə sahəsində uğurlu olub.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

 

Komitə sədri bildirib ki, ötən il ölkəyə keçirilməsinə cəhd edilən xeyli sayda narkotik vasitə götürülüb, həmçinin xaricə külli miqdarda xarici valyutanın aparılmasının qarşısı alınıb:

"2017-ci ildə Azərbaycandan qanunsuz yolla 1,6 milyon dollar, 22 milyon rubl və 50 min avro çıxarılması cəhdinin qarşısı alınıb".