Yanvarın 19-da Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransı keçirilib.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirdi ki, rəhbərlik etdiyi qurum ötən ili kifayət qədər uğurlarla başa vurub: “Bununla yanaşı az da olsa həm işimizin təşkilində, həm də iş adamları ilə münasibətdə müəyyən problemlərlə də rastlaşmışıq. Bu iul də qarşımızda yeni məsələlər durur. Cənab prezident tərəfindən qarşımızda qeyri-neft sektorunun inkişafı, sahibkarlara dəstək əsas məqsəd kimi qoyulub. Dünyada baş verən iqtisadi böhran bir qədər səngisədə davam edir, lakin Azərbaycan iqtisadiyyatı üçün bu il çox uğurlu keçib”.
Statistik göstəricilər barədə məlumat verən Aydın Əliyev bildirdi ki, ötən il ticarət dövriyyəsi 22 milyard manatdan çox olub: “Burada əsas 13 milyard manatdan yuxarı ixrac əməliyyatları, 8 milyarddan yuxarı idxal əməliyyatları həyata keçirilib. Ötən illə müqayisədə idxalda artım cəmi 291 milyon ABŞ dolları olub. İdxalın artmasının səbəbi odur ki, investisiya qoyuşuşu ilə bağlı cənab prezident tərəfindən verilən qərarlar və qəbul olunmuş qanunvericilik aktlarından irəli gələn məqsədlərlə Azərbaycana investisiya yönümlü avadanlıqların, tikinti materiallarının və sairin gətirilməsi ilə bağlıdır. Xarici ticarətdə 5 milyard manatdan yuxarı müsbət saldo əldə olunub”.
A Əliyev onu da bildirdi ki, gömrük orqanları qarşısında duran əsas məsələlərdən biri büdcə proqnozunun yerinə yetirilməsidir: “2017-ci ildə qarşımızda 2 milyard 250 milyon manat proqnoz qoyulmuşdu. İdxal arttıb. sa da, azadlolunmaların sayı da kifayət qədər artıb. Buna baxmayaraq, düzgün aparılmış fiskal siyasətin nəticəsi olaraq büdcə proqnozu 16 faiz artıqlaması ilə yerinə yetirilib və büdcəyə 2 milyard 608 milyon manatdan artıq vəsait gömrük orqanları tərəfindən toplanaraq büdcəyə verilib”.
Gömrük qaydalarının pozulması ilə bağlı statistikadan danışan Komitə sədri bildirdi ki, ötən il 8819 qanunpozma halları aşkar edilib: “Onlardan 700-dən yuxarısı cinayət xarakterli olub. Aparılan istintaq və qəbul olunan qərarlar nəticəsində ayrı-ayrı şəxslərin və mütəşəkkil dəstələrin cinayət işləri baxılması üçün aidiyyatı dövlət qurumlarına verilib. Əsas göstəricilərdən biri də, il ərzində qaçalmalçılıq faktları üzrə 2770 kq-dan artıq narkotik maddələr, onun xammalı və pxixorot maddələr aşkar olunaraq dövriyyədən çıxarılıb. Həmin dövr ərzində valyutanın ölkədən qanunsuz çıxarılması ilə bağlı 1milyon 600 min manata qədər ABŞ dolları, 22 milyondan artıq rus rublu və sair valyuta ehtiyatları, eyni zamanda 1 milyon 200 min manatdan yuxarı qızıl, qiymətli daşlar və zinət əşyaları aşkar olunaraq gömrük orqanları tərəfindən götürülüb”.
Sahibkarlığa dəstək məsələsinə gəldikdə isə A. Əliyev vurğuladı ki, qəbul olunmuş qanunvericiliyə əsasən biz ən müasir elektron bəyanetmə sistemi, eyni zamanda Azexport portal vasitəsilə vasitəsilə gömrük əməliyyatlarının həyata keçirilməsinə şərait yaradılıb: “ASAN xidmət”də də bizim əməkdaşlarımız fəaliyyət göstərir, orada 14 əməliyyat həyata keçirilə bilər. Artıq bugünə 28 yaşıl dəhlizlə bağlı icazələr 25 şirkətə verilib”.
Tədbir jurnalistlərin sualların cavablandırılması ilə davam edir.
