|
Hərbi təyyarə qəzaya uğradı

Boliviyanın Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə Santa-Kruz şəhəri yaxınlığında qəzaya uğrayıb.

APA-nın “Gazeta.ru”-ya istindən verdiyi xəbərə görə, insident nəticəsində təyyarədə olan hər iki ekipaj üzvü həlak olub.

“Tiluchi FAB-542” tipli təyyarənin eniş edərkən qəzaya uğradığı bildirilir. Hadisənin səbəbləri barədə rəsmi açıqlama verilmir.

İlkin məlumata əsasən, qəzaya təyyarənin mühərrikində baş verən texniki nasazlıq səbəb olub.