|
“Talıbzadələr və İslam” adlı tədbir keçiriləcək

Yanvarın 25-də Abdulla Şaiqin mənzil muzeyində “Talıbzadələr və İslam” adlı tədbir keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Din və cəmiyyət”, “İslam dini və Azərbaycan mədəniyyəti” kimi mövzularla bağlı müzakirələr aparılacaq .

Tədbirin ədəbi hissəsində Nizami Rayonu Uşaq və Gənclər yaradıcılıq mərkəzinin “Gənc aktyorlar” dərnəyinin üzvü Zeynalabdin Bağırzadə mövzuya uyğun şeirlər səsləndirəcək.

Talıbzadələrə həsr olunmuş slayd-şou nümayiş olunacaq.