|
Buse ilə sevgili olan Alişan qorxusunu dilə gətirdi

Müğənni Alişan sevgilisi Buse Varolla İstinyeparkda görüntülənib.
Xoşbəxt görünən cütlük gələcək planlarından danışıb.
Alişan hər şeyin yaxşı getdiyini, valideynlərin bir-biri ilə tanış olduğunu deyib və nəzərdən qorxduğunu bildirib.
O, "2018-ci ildə toy olacaqmı" sualına belə cavab verib:

"Allah bilir. Biz də istəyirik. Hələ ki, hər şey yolunda gedir. Amma nəzərdən qorxuram. Hamı "Maşallah" desin, göz dəyməsin".