|
2017-ci ildə dünya kriptopaytaxtlarının SİYAHISI

2017-ci ildə kriptovalyutaların ən çox istifadə olunduğu şəhərlərin reytinqi açıqlanıb.

Trend-in məlumatına görə, Beynəlxalq Kriptovalyuta və Blokçeyn Assosiasiyasının tərtib etdiyi reytinqdə “kriptopaytaxt” adını Nyu-York əldə edib.

 

Kuala-Lumpur və Sinqapur da kriptovalyutaların ən çox işləndiyi şəhərlər arasında yer alıb.

Dünya kriptopaytaxtlarının ilk onluğuna həmçinin Los-Anceles, Dubay, Cakarta, Honkonq, Sidney və Dehli də daxil olub.