|
Qazaxıstanda 52 özbək avtobusda yanaraq ölüb

Qazaxıstanın Aktobe vilayətində, Samara-Şımkənd avtomobil yolunda avtobus yanıb.

Trend-in məlumatına görə, hadisə zamanı avtobusda 57 nəfər olub. Onlardan 52-si ölüb, 5- isə nəqliyyat vasitəsini vaxtında tərk edə bilib.

 

Həlak olan şəxslərin Özbəkistan vətəndaşı olduğu bildirilir.

Hadisə yerində yanğınsöndürənlər işləyir.