|
ABŞ-da naməlum şəxslər 200 min arını öldürdü

ABŞ-da naməlum şəxslər 100 pətəyi aşırdaraq 200 min arını öldürüb.

Trend-in məlumatına görə, hadisə Kaliforniya ştatının Prundeyl şəhərində baş verib.

Arıların üzərlərinə dizel yanacağı tökülərək öldürüldüyü bildirilir.

 

Pətəylərin sahibi hadisənin qonşuları tərəfindən törədildiyini ehtimal edir.

Polis faktla bağlı araşdırma aparır.