Müğənni Özlem Tekin karyerasına son qoyub.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu sənətçinin keçmiş əri Cem öcal açıqlayıb. O, Özlemlə hələ də qonşu olduqlarını və bir daha müğənnilik etməyəcəyini deyib:
“Eyni məhəllədə qalırıq. Özlem musiqidən tamamilə uzaqlaşıb. Məhəlləmizdə ikinci muxtar olub. Qonşu olduğumuz üçün, tez-tez görüşürük. Dostluğumuz davam edir. Yaxşı, sakit həyatı var”. 
