|
Şəmkirdə güllələnən şəxs KİMDİR?

Şəmkir rayonunda güllələnən şəxsin kimliyi müəyyənləşdirilib.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, rayon ərazisində güllələnən şəxs 1991-ci il təvəllüdlü Hüseynov Məzahir Əziz oğludur.

 

O, rayon ərazisindəki bazarda ticarətlə məşğul olub. M.Hüseynov şəxsi münaqişə zəminində tanışı ilə mübahisə edib. Mübahisə nəticəsində tanışı ona odlu silahdan atəş açıb. Nəticədə M.Hüseynov ayağından güllə yarası alıb. Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırmalar başlanıb. M.Hüseynovu güllələyən şəxs müəyyən edilib və onun tutulması istiqamətində tədbirlər görülür.