|
Türkiyə XİN rəhbəri Reks Tillersonla görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kanadanın Vankuver şəhərində ABŞ dövlət departamentinin rəhbəri Reks Tillersonla görüşüb.

Bu barədə Trend türk KİV-lərinə istinadən xəbər verir.

 

Qeyd olunur ki, Çavuşoğlu Vankuverə Şimali Koreya probleminə həsr olunmuş sammitdə iştirak etmək etmək üçün yollanıb.