|
Yanvarın 17-nə manatın dollara nisbətdə orta çəkili məzənnəsi

Yanvarın 16-da Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşıb.

 

Qeyd edək ki, 2018-ci il yanvarın 16-da rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7001 manat səviyyəsində müəyyən olunub.