|
Azərbaycan Lavrovun Qarabağa dair açıqlamasını alqışladı

Azərbaycan Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır. Cia.az xəbər verir ki, bunu “Trend”ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib: "Azərbaycan tərəfi Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır".