|
Türkiyə parlamentinin spikeri İrana səfər edəcək

Türkiyə parlamentinin spikeri İsmayıl Qəhrəman İrana səfər edəcək.

Trend-in məlumatına görə, İ.Qəhrəman Tehranda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin parlament spikerlərinin 13-cü iclasında iştirak edəcək.

 

Səfər çərçivəsində Suriyadakı vəziyyət də müzakirə olunacaq.