İndoneziyanın paytaxtı Cakartada Fond Birjasının binası uçulub. Trend-in məlumatına görə, binanın hansı səbəbdən uçulması məlum deyil.
Fond Birjasının nümayəndəsi Reza Andxika binanın uçulmasına partlayışın səbəb olmasını istisna edib.
Hazırda binanın ətrafı nəzarətə götürülüb.
Yaxınlıqdakı ərazilərdən sakinlər təxliyə edilir.
