|
Son 2 gündə 10 qəza

Yanvar ayının 13-dən 15-dək respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, qəzalarda 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb.