|
Moskvaya növbəti zərbə

Moody's Beynəlxalq Reytinq Agentliyi Rusiya ilə bağlı növbəti sarsıdıcı qərar verib.

ANS PRESS-in məlumatına görə, Rusiyanın suveren kredit reytinqi "Baa3"dən "Ba1"ə endirilib.

Buna əsas səbəb kimi Ukrayna böhranı, neftin qiymətinin, rublun məzənnəsinin düşməsi göstərilib.

Bundan başqa, agentlik 2015-2016-cı illərdə Rusiyadan 400 milyard dollar həcmində kapitalın çıxarılacağını proqnozlaşdırır. 

Rusiya Maliyyə Nazirliyi isə belə pessimizmə əsas görmədiklərini bildirdilər.