|
Sevil Əliyeva Ajdanın konsertində

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ajda Pekkan Bakıda solo konsert verib.

Konsertdə prezident İlham Əliyevin bacısı Sevil Əliyeva da iştirak edib.

Tədbirdən çəkilmiş fotonu əməkdar artist Ədalət Şükürov "Çox hörmət etdiyim Sevil xanım və Hacı Nuran" qeydi ilə İnstaqram səhifəsində yerləşdirib.

Qeyd edək ki, A.Pekkan solo konsertində S.Əliyevanın “Ana” mahnısını səsləndirib.