“Roma” futbolçusu Leandru Kastanı icarəyə verib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı müdafiəçi mövsümün sonuna qədər “Kalyari”də oynayacaq.
Qeyd edək ki, 2012-ci ildən “Roma”da çıxış edən Kastan daha əvvəl “Torino” və “Sampdoriya”da da icarədə olub.
