ABŞ-ın Kaliforniya ştatında leysan yağışları və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Trend-in məlumatına görə, daha əvvəl 15 nəfərin öldüyü bildirilirdi. Bundan əlavə 13 nəfər itkin düşüb.
"Biz təəssüflə bildiririk ki, hazırda həlak olanların sayı 17 nəfərədək artıb - daha 2 nəfərin cəsədi bu gün aşkar edilib", - Santa-Barbara dairəsinin şerifi Bill Braun bildirib.
Bundan əlavə, təbii fəlakət nəticəsində 100 yaşayış evinin dağıldığı bildirilir.
