|
DİN rəhbəri Türkiyənin üzləşdiyi təhlükədən danışdı

2017-ci il ərzində Türkiyədə ümumilikdə 20 min ton heroin müsadirə edilib. Trend-in məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazirin sözlərinə görə, bu rəqəm ondan xəbər verir ki, Türkiyə böyük bir təhlükə ilə üz-üzədir və narkomaniya ilə mübarizəni gücləndirməlidir.

 

S.Soyli daha sonra əlavə edib ki, 2017-ci ilə 520 adam dozadan artıq narkotik maddə qəbulundan ölüb.

Qeyd edək ki, İstanbul polisi yanvarın 9-da keçirdiyi əməliyyat zamanı 500 kiloqram narkotik vasitə, o cümlədən 150 kiloqram heroin aşkar etmişdi.