|
ABŞ-da güclü yağış 3 nəfəri öldürdü

ABŞ-ın Kaliforniya ştatında leysan yağışlarının səbəb olduğu sel axınları nəticəsində 3 nəfər ölüb.

Trend-in məlumatına görə, bölgədə bir neçə avtomobil yolu yararsız hala düşüb.

Xilasetmə xidmətlərinə itkin düşənlər barədə çox sayda məlumatların daxil olduğu bildirilir.