|
Millinin sabiq üzvü 29 yaşında vəfat etdi

Honduras millisinin sabiq futbolçusu Xuan Karlos Qarsia dünyasını dəyişib. 
Qol.az-ın xəbərinə görə,  29 yaşlı futbolçu uzun sürən qan xərçəngindən vəfat edib.

Qeyd edək ki, Honduras millisinin heyətində 34 oyun keçirən Xuan Karlos karyerası ərzində "Marathon", "Olimpia", "Uiqan" və "Tenerife" kimi komandalarda çıxış edib.