|
Anasının yolunu davam etdirən model məşhur jurnalın üz qabığında

Model Sindi Krofordun qızı Kaya Qerber “Vogue” jurnalın fevral buraxılışı üçün kameralar qarşısına keçib.

Çəkilişdən fotoları İnstaqram səhifəsində yerləşdirən 16 yaşlı model yazıb:
"Bunu ancaq xəyal edə bilərdim. Jurnalın bu buraxılışı üçün çalışan hər kəsə təşəkkür. Siz məni dünyanın ən xoşbəxt insanı etdiniz".

Qeyd edək ki, ilk dəfə Qerber 2016-cı ildə anası ilə birgə "Vogue"nin üz qabığında yer alıb.