|
Bakıda özünü dənizə atan gəncin meyiti sudan çıxarılıb, cinayət işi başlanıb

Bakıda özünü dənizə atan şəxsin meyiti tapılıb. 

APA-nın məlumatına görə, 1995-ci il təvəllüdlü Məlik Nizaməddin oğlu Cahangirovun meyiti ötən gecə Bulvar ərazisində tapılaraq sudan çıxarılıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil. 

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.