|
Mogerini Avropa ölkələrinin XİN başçıları ilə görüşəcək

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini yanvarın 11-də Brüsseldə Almaniya, Böyük Britaniya, Fransa və İranın XİN başçıları ilə müşavirə keçirəcək.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

 

Qeyd olunur ki, görüş Hərtərəfli Birgə Fəaliyyət Planının həyata keçirilməsi üzrə işlər çərçivəsində keçiriləcək.