|
Keyn "Tottenhem"də qalır

"Tottenhem"in futbolçusu Harri Keyn klubdan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

O, İngiltərə klubunda qalacağını deyib: "Uğurlarımızı davam etdirmək istəyirik. Kuboklar qazanmağı düşünürük. Bu, bizim hədəfimizdir. Mübarizə aparmağa davam edəcəyik".

Qeyd edək ki, H.Keynlə "Real"ın maraqlandığı iddia olunur

Cia.az