|
"Ondan daha bir övlad istərdim"

"Çocuklar Duymasın"da Haluk obrazını canlandıran aktyor Tamer Karadağlı verilişlərdən birində maraqlı açıqlama verib.
Şəxsi həyatından danışan aktyor keçmiş həyat yoldaşına mesaj göndərib:
"Həyatımda ən doğru seçimim Arzu ilə evlənmək olub. Daha bir övladımın olmasını istərdim". 
Qeyd edək ki, Tamer ilə Arzu Balkan 2002-2007-ci illərdə ailəli olublar. Cütlüyün bir övladı var. Onların ayrılmağına aktyorun xəyanət etməsi olub.