İkinci dəfə ana olmağa hazırlaşan model Miranda Kerr "Qızıl Qlobus 2018" mükafatlandırma mərasimindən sonra təşkil olunan partiyə qatılıb.
Tədbirə qara rəngli dar libas geyinən 34 yaşlı Miranda bu dəfə qarnını gizlətməyib.
Kökəlməyi ilə diqqət çəkən supermodel sadə saç düzümü və makiyajı ilə göz oxşayıb.
Qeyd edək ki, M.Kerr ötən ilin mayında “Snapchat”ın qurucusu və baş direktoru, 26 yaşlı milyarder Evan Şpiqellə ailə qurub. Bu hamiləlikdən dünyaya gələcək uşaq onların ilk övladı olacaq. Modelin aktyor Orlando Blumdan Flinn adlı 6 yaşlı oğlu var.


