|
Ölkə üzrə yığılan pambığın statistikası açıqlanıb

Azərbaycanda 207 min 083,07 ton pambıq tədarük olunub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Məlumatda qeyd olunur ki, 06-07.01.2018-ci il tarixlərində ölkə üzrə qəbul məntəqələrinə 77,78 ton pambıq təhvil verilib.

08.01.2018-ci il tarixə pambıq tədarükünə dair operativ məlumat