|
16 yaşlı qız intihara cəhd etdi

Mingəçevir şəhərində yeniyetmə qız intihara cəhd edib.

Hadisə şəhərin N.Rəfibəyli küçəsi, 11 ünvanında qeydə alınıb.

2002-ci il təvəllüdlü N.O yaxınları ilə mübahisə etdikdən sonra sirkə turşusu içərək özünü öldürmək istəyib. Qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.