|
Bakıda fərdi evdə yanğın olub

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 20 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 10 m2 sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.