|
Venesuelada sərnişin avtobusu yük maşını ilə toqquşub:

Venesuelada 2 mərtəbəli sərnişin avtobusu ilə yük maşını toqquşub.

Trend-in məlumatına görə, toqquşma Ansoateqi ştatında baş verib. Hadisə nəticəsində 7 nəfər həlak olub, 40-a yaxın insan xəsarət alıb. Qəzadan sonra avtobus və yük maşını alışıb.

 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.