|
Sankt-Peterburqda Fuad Məmmədovun iştirakı ilə “Pavlovsk” baleti oynanılacaq

Yanvarın 31-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində balet axşamı keçiriləcək.

Gecədə təqdim ediləcək Karen Le Frakın “Pavlovsk” adlı birpərdəli baletində həmvətənimiz Fuad Məmmədov da çıxış edəcək. Baletin premyerası 2016-cı ildə Mariya Teatrında olub.

F.Məmmədov Bakı Xoreoqrafiya Məktəbini (indiki Bakı Xoreoqrafiya Akademiyası) bitirib. Taras Şevçenko adına Ukrayna Milli Operasının artisti olub. 2013-cü ildən Mariya Teatrında çalışır.

Cia.az