|
Pentaqon ABŞ-ın yeni hərbi strategiyasını yanvarın 19-u dərc edəcək

Pentaqon ABŞ-ın yeni hərbi strategiyasını yanvarın 19-u dərc edəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ müdafiə naziri Ceyms Mettis bildirib.

 

C.Mettis deyib: "Yeni strategiyanın əksər hissəsi gizli versiyada olacaq, daha qısa olan hissəsi isə açıq şəkildə dərc ediləcək".

Gözlənilir ki, Pentaqon daha sonra raket əleyhinə müdafiə və nüvə qüvvələri üzrə də ayrı-ayrı çərçivə sənədləri təqdim edəcək.